Təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən)başqa rayona (şəhərə) yerdəyişməsi Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı isə hər il nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir.
aranxeber.com Mektebgushesi.az -a istinadən xəbər verir ki, bu tədris ilində də müəllimlərin qarşılıqlı yerdəyişməsi planlaşdırılır. Lakin prosesin dəqiq vaxtı hələ ki məlum deyil.
Təhsil Nazirliyindən əldə edilən məlumatlara görə yerdəyişmə prosesinin qaydaları hazırlanır. Qaydalar tam hazır olduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. Yerdəyişmə elektron şəkildə həyata keçiriləcək. Namizədlər elektron portalda qeydiyyatdan keçərək, yerdəyişmə ilə bağlı müraciət edə bilərlər.
Qeyd edək ki, yerdəyişmə yalnız müddətsiz müqavilə ilə işləyən namizədlər üçün nəzərdə tutulub. Müddətli müqavilə ilə işləyən kadrlar bu prosesdə iştirak edə bilməz.



