Agsu rayonunda 61 yaşlı kişi su quyusunda boğulub.
aranxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb..
Xəbərə görə, FHN-nin “112” qaynar telefon xəttinə, Ağsu rayonunun Kalva kəndində 1 nəfərin meyitinin su quyusundan çıxarılması üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1958-ci il təvəllüdlü Hacıyev Namid Ağasən oğlunun meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.



