Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
aranxeber.com NTV-yə istinadən xəbər verir ki, yol qəzası Hatay vilayətinin Belen rayonunda qeydə alınıb.
Yol qəzası nəticəsində 7 nəfər hərbçi yaralanıb, xəsarət alan hərbçilərdən 2-si dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.



