Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 145-ci kilometrliyində Hacıqabul rayonunun Qarasu qəsəbəsi ərazisində qeydə alınıb.
Gürcüstandan Bakıya gedən “Honda” markalı avtomobilin ön təkərinin partlaması nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılara hadisə yerində təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilib. Avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.



