Lənkəran rayonunun Göyşaban dairəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
aranxeber.com İnteraz-a əsasən bildirir ki Boladi kənd sakini 1995-ci il təvəllüdlü Kahin Nahid oğlu Axundzadənin idarə etdiyi “VAZ 2106” markalı 42 BD 325 dövlət qeydiyyat nişanlı avtomobil beton maneəyə çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan həmkəndliləri – 1996-cı il təvəllüdlü İlkin Qurban oğlu İsmayılzadə və 1998-ci il təvəllüdlü Fərid Maarif oğlu Əlizadə müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, reanimasiya və travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.



