Saatlıda 16 yaşlı oğlan kanalda çimərkən batıb.
aranxeber.com Azərtac-a istinadən məlumat verir ki , hadisə rayonun Qaranuru kəndində qeydə alınıb. Kənd sakini Fərid Cəfərli kanalda çimərkən boğulub. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.



