Dünya

Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb

Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclası zamanı Qazaxıstan xalqı qarşısında and içib və bununla da Prezident vəzifələrinin icrasına başlayıb.

aranxeber.com-ın İnteraz-a əsasən verdiyi xəbərə görə, dünən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev respublika telekanallarının efirində istefa verdiyini və qalan müddətə səlahiyyətlərini Senatın (yuxarı palatası) sədri Kasım-Jomart Tokayevə verdiyini açıqlayıb.

Qazaxıstanda seçkilər 2020-ci ilə planlaşdırılır.