Goranboy rayonunun Səmədabad kəndində yanğın olub.
aranxeber.com-ın metbuat.az-a əsasən verdiyi məlumata görə ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 36 m² sahədə yanıb.
Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi 1944-cü il təvəllüdlü Usanova Şamaxı Baxış qızı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb və orada vəfat edib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



