Ölkə

Azərbaycanda 80 mindən çox ailəyə ünvanlı dövlət sosial yardım göstərilib

Ölkədə əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin – əlillərin, ahılların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilir, aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə onlara dövlət tərəfindən müxtəlif sosial müavinətlər təyin olunur.

aranxeber.com-ın APA-a istinadən xəbərə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə sosial müavinət və ya kompensasiya təyin olunmuş şəxslərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artaraq 376,1 min nəfər təşkil edib.

““Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2006-cı il iyul ayının 1-dən başlayaraq aztəminatlı ailələrə dövlət tərəfindən ünvanlı dövlət sosial yardımı verilir və 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 80,2 min ailənin 326,6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı ilə əhatə olunub,” – deyə T. Budaqov bildirib.

Bir yanıt yazın