Daşkəsən sakini atasına məxsus silahı polisə təhvil verib.
aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, rayonun Qabaqtəpə kənd sakini Səməd Bağırov sahə polis məntəqəsinə müraciət edərək mərhum atası Mikayıl Bağırova məxsus 1942-ci ildə Rusiya Federasiyasında istehsal olunan 7.62 mm kalibirli, sürgülü mexanizmli Karabin tipli tüfəngi verib.
S. Bağırov bildirib ki, silahı həyətdəki tövlənin çardağından tapıb və dərhal polisə müraciət edib.
Faktla bağlı Daşkəsən RPŞ-də araşdırma aparılır.



