Ölkə

 Şəmkir rayonunda dini radikalizm və ekstremizmə qarşı mübarizə tədbiri keçirilmişdir

Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi  03 oktyabr 2023-cü ildə Şəmkir rayonunun Kür qəsəbəsində Radikal dini cərəyanların və ekstremizmin   durdurulmasında mübarizə tədbirlərinin təşkili” mövzusunda   məlumatlandırma sessiyaları təşkil edilmişdir. 

Milli-Mənəvi dəyərlər əsasında formalaşmış bəşər mədəniyyətinin bazisində din  amili mühüm yer tutur.  Din mahiyyətçə passivlik tələb edən, lakin xaraktercə aktivlik göstərən bir sahədir. Bu səbəbdən din ətraflı diqqət istəyir. Çox təəssüf ki, qloballaşan dünyamızda  bu səbəbdən şəxsi maraqlar naminə ayrı-ayrı sektaların səyi nəticəsində ölkəmizdə  bəzən ciddi təhdidlər də baş verir.

Ayrı-ayrı dini təriqətlərin cəmiyyətimizə yol açmasının, qadağan olunmuş kitab və nəşrlərin xüsusi yollarla insanlar arasında yayılmasının, ideoloji təsir vasitəsilə insanların çaşdırılmasının, geyim, qida, memarlıq və s. mədəniyyətində millətimizə xas olmayan cəhətlərin təbliğinin  vaxtında qarşısının alınması üçün zəruri təxirəsalınmaz tədbirlərin, dəyirmi masaların, konfransların və s.  həyata keçirilməsini tələb edən vacib məsələlərdəndir. Bu kimi tədbirlərin  xüsusi ilə regionlarda həyata keçirilməsi zəruri hesab edildiyi üçün Şəmkir rayonunda da məlumatlandırma sessiyaları həyata keçirilir. Konfrans növbəti dəfə  Şəmkir rayonunun Kür qəsəbəsində həyata keçirildi.  Düşünürük ki,   ancaq bu yolla insanları  tərəddüd etməkdən qurtarmaq mümkündür.

Bildiyimiz kimi bu İslam dininin təbliği istiqamətdə ümumimilli liderimiz Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin xüsusi nəzarəti ilə çoxlu tədqiqat işləri aparılmış, bir çox kitablar yazılmış, dəyirmi masalar, konfranslar və s. keçirilmişdir.

Sosial ədalətsizlik dini radikalizmin inkişafı üçün münbit mühit yaradır. Cəmiyyətdə baş verən radikal dini cərəyanların təbliğində islam dini ətrafında  mənfi hadisələr narazılıqlara gətirib çıxarır, bu isə müxtəlif radikal qruplar tərəfindən bacariqla istifadə edilərək ictimai-siyasi hadisələrin axarına öz təsirini göstərir.                           

  Sessiyada  əsas məqsəd o idi ki, necə etmək lazımdır ki, insanlar arasında bizim milli-mənəvi, dini dəyərlərimiz, əxlaqi qaydalarımız dünyanı öz ağuşuna almış bu qloballaşma prosesini daha da zənginləşdirsin, ona bir növ öz töhfəsini versin.

Azərbaycan cəmiyyətinin birliyinin, sabitliyinin inkişaf etdirilməsinə, onun dini-mədəni potensialının qorunması və möhkəmlənməsinə dəstək vermək, raikal dini cərəyanlara qarşı mübarizə aparmaq üçün insanları marifləndirmək layihənin əsas məqsədidir.

        Dini radikalizm və ekstremizmlə mübarizə üçün maarifləndirici, preventiv (qabaqlayıcı), proflaktik  metodlardan istifadə etmək üçün iştirakçılara  geniş məlumatlar verildi.

 Milli-dini dəyərlərin təbliğini gücləndirmək dini etiqad azadlığı mövzusunda sessiyalar zamanı  geniş müzakirələr təşkil edildi.    İnsanların, daha çıx məktəblərdə yuxarı sinif şagirdlərinin və gənclərin psixoloji problemlərdən uzaqlaşdırılması üçün təbliğat vasitələrindən istifadə edilmısi mövzusunda matlandırma həyata keçirildi

Məlumatlandırma sessiyalarının əsas məqsədlərindən biri də dövlət-din münasibətlərinin rolunun gücləndirilməsində, dini radikalizm və ekstremizmin durdurulmasında  ziyalıların, ictimayyətin, gəncələrin,  yeniyetmələrin və    yerli QHT-lərin imkanlarının səfərbər edilməsinə nail olmaqdır.

Xarici qüvvələrin maliyyəsi ilə ölkədə fəaliyyət göstərən dini sektalara qarşı  mübarizə mövzusunda təbliğat işləri aparması  haqqında tədbir iştirakıçları geniş məlumatlamdırıldı.                                                                                                                                

Maarifləndirmə sessiyaları  zamanı onu da müəyyən edirik  ki, əhalinin dini radikalizm və ekstremizmə qarşı mübarizənin  gücləndirilməsi üçün ardıcıl təkmilləşdirmələr də həyata keçirilməlidir. 

Hesab edirik ki, layihə çərçivəsində  dini radikalizm və ekstremizmə qarşı mübarizənin və eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə, Şəmkir rayonunda  vətəndaşların dini radikalizm və ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə dəstək oluna bilər.

Məlumatlandırma sessiyaları təlimçi, Qərb Xəbər radiosunun təsisşiçi və baş redaktoru, Məhərrəm Göyüşoğlu tərəfindən həyata keçirilmişdir.

            Məlumatlandırmada dini radikalizm və ekstremizmə qarşı mübarizə haqqında  geniş təcrübəyə malik Şəmkir Rayon İcra Hakimiyyəti baçşısı aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini və dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin əməkdaşı Vüqar Əliyev iştirak edirdilər.