Ölkə

Radikal dini cərəyanların və ekstremizmin   durdurulmasında mübarizə tədbirlərinin təşkili  layihəsi çərçivəsində Şəmkir rayonu Çinarlı qəsəbəsində məlumatlandırma sessiyaları həyata keçirilmişdir

Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə Şəmkir Rgional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi  02 oktyabr 2023-cü ildə Çinarlı qəsəbəsində Radikal dini cərəyanların və ekstremizmin   durdurulmasında mübarizə tədbirlərinin təşkili” mövzusunda   məlumatlandırma sessiyaları təşkil edilmişdir. 

Din insan mənəviyyatının əsasında durmaqla, sosial münasibətlərin tənzimlənməsində xüsusi rol oynayır. Mahiyyətinə nəzər saldıqda dinin insanlara xoşbəxtlik gətirdiyi, ədaləti, digərlərinin hüquqlarına hörməti və hər kəsin haqqının təmin olunmasını təbliğ etdiyi açıq-aydın özünü büruzə verir.

Qloballaşma elə bir prosesdir ki, bu zaman tutduğu mövqeyindən asılı olaraq milli-mənəvi dəyərlərin tənəzzül etməməsi və aşınmaması istiqamətində hər bir vətəndaş öz vəzifəsini yerinə yetirməli, bu yöndə bütün bilik və bacarığını səfərbər etməlidir.  Məlumatlandırma sessiyasında mövzu ətrafında  geniş müzakirələr aparıldı.

Bildiyimiz kimi bu istiqamətdə ümumimilli liderimiz Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin xüsusi nəzarəti ilə çoxlu tədqiqat işləri aparılmış, bir çox kitablar yazılmış, dəyirmi masalar, konfranslar və s. keçirilmişdir.

Sosial ədalətsizlik dini radikalizmin inkişafı üçün münbit mühit yaradır. Cəmiyyətdə baş verən mənfi hadisələr narazılıqlara gətirib çıxarır, bu isə müxtəlif radikal qruplar tərəfindən bacariqla istifadə edilərək ictimai-siyasi hadisələrin axarına öz təsirini göstərir.     Sessiyada  əsas məqsəd o idi ki, necə etmək lazımdır ki, insanlar arasında bizim milli-mənəvi, dini dəyərlərimiz, əxlaqi qaydalarımız dünyanı öz ağuşuna almış bu qloballaşma prosesini daha da zənginləşdirsin, ona bir növ öz töhfəsini versin.

Azərbaycan cəmiyyətinin birliyinin, sabitliyinin inkişaf etdirilməsinə, onun dini-mədəni potensialının qorunması və möhkəmlənməsinə dəstək vermək, raikal dini cərəyanlara qarşı mübarizə aparmaq üçün insanları marifləndirmək layihənin əsas məqsədidir.

        Dini radikalizm və ekstremizmlə mübarizə üçün maarifləndirici, preventiv (qabaqlayıcı), proflaktik  metodlardan istifadə etmək üçün iştirakçılara  geniş məlumatlar verildi.

 Milli-dini dəyərlərin təbliğini gücləndirmək dini etiqad azadlığı mövzusunda sessiyalar zamanı  geniş müzakirələr təşkil edildi.    İnsanların, daha çıx məktəblərdə yuxarı sinif şagirdlərinin və gənclərin psixoloji problemlərdən uzaqlaşdırılması üçün təbliğat vasitələrindən istifadə edilmısi mövzusunda matlandırma həyata keçirildi

Məlumatlandırma sessiyalarının əsas məqsədlərindən biri də dövlət-din münasibətlərinin rolunun gücləndirilməsində, dini radikalizm və ekstremizmin durdurulmasında  ziyalıların, ictimayyətin, gəncələrin,  yeniyetmələrin və    yerli QHT-lərin imkanlarının səfərbər edilməsinə nail olmaqdır.

Xarici qüvvələrin maliyyəsi ilə ölkədə fəaliyyət göstərən dini sektalara qarşı  mübarizə mövzusunda təbliğat işləri aparması  haqqında tədbir iştirakıçları geniş məlumatlamdırıldı. 

Maarifləndirmə sessiyaları zamanı onu da müəyyən edirik  ki, əhalinin dini radikalizm və ekstremizmə qarşı mübarizənin  gücləndirilməsi üçün ardıcıl təkmilləşdirmələr də həyata keçirilməlidir. 

Hesab edirik ki, layihə çərçivəsində  dini radikalizm və ekstremizmə qarşı mübarizənin və eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə, Şəmkir rayonunda  vətəndaşların dini radikalizm və ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə dəstək oluna bilər.

Məlumatlandırma sessiyaları təlimçi, Qərb Xəbər radiosunun təsisşiçi və baş redaktoru, Məhərrəm Göyüşoğlu tərəfindən həyata keçirilmişdir.

            Məlumatlandırmada dini radikalizm və ekstremizmə qarşı mübarizə haqqında  geniş təcrübəyə malik Şəmkir Rayon İcra Hakimiyyəti baçşısı aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini və dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin əməkdaşı Vüqar Əliyev iştirak edirdilər.