Ölkə

Bərdə rayonunda qadınlara “Sülh quruculuğu” mövzusunda təlimlər keçirilib

Bərdə rayonunda  Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu :Mərhələ 2”   proqramı çərçivəsində   “Sülh mənim gözümdən” təşəbbüsü həyata keçirilimişdir.

İlk olaraq 10 qadına “Sülh quruculuğu”  mövzusunda 2 günlük təlimlər keçirilmişdir.Təlimlərdən sonra iştirakçılar sülhü onlar üçün ifadə edən hər hansı bir əşyanın və ya mənzərənin şəklini çəkərək öz sosial media hesablarında  #Sülhmənimgözümdən həştəqi  adı altında paylaşmışlar. Son olaraq isə İştirakçılara sertifikat və hədiyyələr təqdim edilmişdir.

#sülhmənimgözümdən