Hadisə İmişli

İmişlidə avtomobil 7 yaşlı iki uşağı vurub, biri ölüb

İmişlidə baş vermiş avtoqəza zamanı avtomobilin vurduğu piyadaların kimliyi müəyyən edilib.

Rayonun Aranlı kəndində qeydə alınmış hadisə zamanı İmişli rayon sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yolda dayanan Aranlı kənd sakinləri, 2013-cü il təvəllüdlü Hüseynli Umud Musa oğlunu və 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlunu vurub.

Hadisə nəticəsində ikinci azyaşlı hadisə yerində dünyasını dəyişib, digəri isə Biləsuvar xəstəxanasına yerləşdirilib.