Hadisə Ölkə

Təcili : Tarixi Ağkənd kəndi Azərbaycanın tərkibinə keçdi – Qafandan Zəngilana gedən yol bağlanır

“Əvvəllər Azərbaycan SSR-in tərkibində olan Ağkənd kəndi (Spitakaşen) birbaşa sərhədin digər tərəfində qalmışdı. İndi sərhəd xətti ekskavatorla dağıdılır”.

 Bu barədə “sputnik Ermənistan” yazır.

Bundan əvvəl bir sıra KİV-lərdə Qafan sakinlərinin guya evlərini yandırmağa başladıqları barədə şayiələr yayılmışdı.

Nəşrin yazdığı kimi, ermənilər Spitakaşen kəndində bir neçə evi yandırıblar. Sovet dövründə Ermənistan SSR ilə sərhəddə Azərbaycan SSR-in Zəngilan bölgəsinin bir hissəsi idi. İndi Azərbaycanın nəzarətinə keçir.

Kənd Qafan hava limanından bir neçə yüz metr və Qafan şəhərindən təxminən 2 km məsafədə yerləşir.

“Kənddə bir neçə ev vardı, birini ev sahibi yandırdı”, – “Sputnik Ermənistan” qeyd edib.

Kənddə üç-dörd ailə kənddə yaşayırdı, evlərdən birinin sahibi onu tərk edərkən yandırdı.

Bu saatlarda ekskavatorla Sovet sərhədi dağıdılır və Qafandan Zəngilana gedən yol bağlanır.