Bədənin koronavirus infeksiyası da daxil olmaqla müxtəlif viruslarla mübarizə aparması üçün immun sistemini hazırlamaq lazımdır. Eyni zamanda mütəxəssis infeksiya riskindən tamamilə qorunmağın hələ mümkün olmayacağını söyləyir.
Allerqoloq-immunoloq Vladimir Bolibok immuniteti möhkəmləndirməyin yollarını açıqlayıb.
“Sağlam qidalanma, vitaminləşmə, lazımi miqdarda mikroelementlərin alınması immuniteti yaxşı səviyyədə saxlayır. Bütün bunlar immuniteti xəstəliklərə qarşı durmağı təmin edən amillərdir”, – Bolibok Komsomolskaya Pravda radiosunun efirində deyib.
Doktor bu metodların sizi COVID-19 infeksiyasından qorumayacağını, ancaq immunitetin xəstəliyin öhdəsindən daha asan və daha sürətli gəlməsinə kömək edəcəyini açıqlayıb. Bundan əlavə, onların sayəsində infeksiya yüngül bir formada keçə bilər. (publika.az)



