Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilir.
Bu müddət ərzində düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya qurğusı, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.
Bu texnika və avadanlıqların məhv edilməsinə aid faktların viziual olaraq təsdiqlənməsi Azərbaycan Ordusunun müasir zərbə vasitələrinin təyinatı üzrə istifadəsi sahəsində ciddi nailiyyətlər əldə etdiyi sübut edilir.
Son görüntülərdə Azərbaycan Ordusunun PUA-ları tərəfindən Ermənistanın Qarabağ ərazisinə göndərdiyi 2 avtomobil kolonuna endirilən zərbələr və bu zərbələrin nəticəsində vurulan miqyas öz əksini tapıb. Videokadrların əvvəlində kolonda hərəkət edən ikinci maşının vurulması bəzilərində ilk avtomobilin vurulmaması ilə bağlı sual yarada bilər. Əslində sual da haqlıdır, fəaliyyət də doğrudur. Görüntülərdə ilk avtomobilin daha kiçik ölçülərə malik yolsuzluq vasitəsi olduğu görünür. Buna görə də PUA operatoru doğru olaraq kolonda ikinci maşını, lakin birinci yük avtomobilini seçir. Kolonu müşayiət edən ərazi avtomobilində hərbi polisin və ya komendant bölüyünün döyüşlərə qatılmayacaq 1 zabiti və 1 əsgəri (MAXE-si) ola biləcəyi realdır. Yük maşınında isə şəxsi heyət, silah, sursat, yanacaq-sürtgü materialları, ərzaq, geyim və s. daşınır. Bu baxımdan operatorun fəaliyyətləri tamamilə doğrudur.
Eyni videokadrların sonrakı görüntülərində digər bir kolonun da sıradan çıxarılması əks olunur. Ümumilikdə bu günə qədər Ermənistan ordusunun itirdiyi 110 ədəd nəqliyyat vasitəsi, düşmənə şəxsi heyətinin daşınması, təminatı və təchizatı məsələlərində ciddi problemlər yaradıb. Döyüşlərdə mövqelərini qoruya bilməyən Ermənistan ordusu öz zəifliyini mülki əhalini atəşə tutmaqla kompensasiya etməyə çalışır.



