Türkiyə donanması Liviya sahillərində axtarış-xilasetmə əməliyyatı keçirib.
Bu barədə Türkiyə MN məlumat yayıb.
“Türk Dəniz Missiyası Qrupu fəaliyyətləri çərçivəsində Liviya sahillərində fəaliyyət göstərən TCG Gemilik freqatımızı ilə gəmiyə məxsus helikopter tərəfindən dənizdə axtarış-xilasetmə əməliyyatları icra edilib” – məlumatda deyilir.



