Təhsil

Avqustun 21-də keçirilmiş imtahanlarının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 avqust 2020-ci il tarixində 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün keçirilən əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün keçirilən əlavə imtahanın (Azərbaycan və ya rus dili) nəticələri elan olunub.

İmtahanda iştirak edən abituriyentlər  verilmiş keçidə daxil olaraq “Şəxsi kabinet” in istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. 

Abituriyentlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.