Hadisə Kürdəmir Region

Kürdəmirdə 44 yaşlı qadını ilan sancdı

Kürdəmir rayon sakinini ilan sancıb.

Hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb.

Belə ki, 44 yaşlı kənd sakini Mehdiyeva Xatirə Rüstəm qızı həyətyanı sahədə işləyərkən onu ilan sancıb.

O, yaxınlarının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Həkimlər ona ilan zəhəri əleyhinə zərdab vurublar.