İmişlidə bıçaqlanma hadisəsi baş verib.
Aranxeberin məlumatına görə, hadisə 20:00 radələrində İmişli rayonu Göbəktala kəndində qeydə alınıb.
Həmkəndlilər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. İmişli rayon Göbəktala kənd sakini 1984-cü il təvəllüdlü Pünhan Hüseynov mübahisə zamanı, həmkəndliləri – 1985-ci il təvəllüdlü Amid Əmrahovu və 1990-cı il təvəllüdlü Səbuhi Əmrahovu bıçaqlayıb.
Amid Əmrahov hadisə yerindəcə ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.



