İqtisadiyyat Ölkə Sosial Təhsil

Vüsal Qasımlı: Koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün tədbirlər görülür

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı son aylarda Çindən yayılmağa başlayan və rəsmi adı COVİT-19 olan virusun iqtisadiyyata təsirləri mövzusunda suallara cavab verib. – Koronavirusun qlobal iqtisadiyyata təsirini necə qiymətləndirirsiniz? – Koronavirus özü də olmasa, onun psixoloji və iqtisadi təsirləri dünyada artıq pandemiya həddinə çatıb. İqtisadi Əməkdaşlıq və İnkişaf […]

Baş İqtisadiyyat Sosial

Minimum əməkhaqqı artırıla bilər

“Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq”. Aranxeber xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, nazirlik tərəfindən hazırlanacaq təkliflərin bu ilin ikinci yarısında hazır olacağı gözlənilir. Nazir müavini əməkhaqlarının neçə faiz artacağı ilə bağlı araşdırmalar aparılacağını deyib.

Baş İqtisadiyyat Ölkə

Vüsal Qasımlı: Azərbaycanda maliyyə texnologiyalarının – finteklərin tətbiqi imkanları genişdir

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı dünyada maliyyə texnologiyaları üzrə əsas trendlər və finteklərin ölkəmizdə tətbiqinin genişləndirilməsi mövzusunda suallara cavab verib. Dünya üzrə maliyyə texnologiyaları sahəsində cari vəziyyəti necə qiymətləndirirmək olar? İnkişafı dəqiqliyə, rasionallığa və çevikliyə dayanan maliyyə sektoru süni intellektin, insan resurslarının məhsuldarlığını artıran və […]

İqtisadiyyat Maraqlı

Maliyyəni daha düzgün idarə etmək üçün yeddi faydalı vərdiş

Pulla necə davranmağı bacaran insanlar heç də həmişə milyonlar qazanmırlar, lakin onlar əllərində olan vəsaiti düzgün istifadə edə bildikləri üçün heç nəyə ehtiyacları olmur. Şəxsi maliyyə mütəxəssisləri və məsləhətçiləri pulu düzgün idarə edən insanlar üçün xarakterik olan bir sıra xüsusiyyətləri fərqləndirirlər: 1. Onlar gördükləri hər şeyi almağa çalışmırlar. Mütəxəssislər qeyd edirlər ki, belə insanlara xas olan ümumi […]

Baş İqtisadiyyat Neftçala Region

Neftçala rayonunda dövlət tenderlərini kimlər udur? – SİYAHI, MƏBLƏĞLƏR

2019-cu ilin yanvar-dekabr aylarında Neftçala rayonunda 1 milyon 235,2 min manat məbləğində 15 tender keçirilib. Aranxeber Fed.az-a istinadən xəbər verir ki, Neftçala rayonunda 15 tenderin  8-ni icra hakimiyyəti keçirib. İcra hakimiyyətinin keçirdiyi tenderlərin ümumi məbləği 471,2 min manatdır. Neftçala Suvarma Sistemləri İdarəsi keçirdiyi tenderlərin ümumi məbləğinə görə birincidir. Dövlət qurumunun 5 tenderinin ümumi məbləği 737,8 min manatdır. Rayon üzrə ən çox tender […]