İqtisadiyyat Nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib. Aranxeber “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilmişdi. O, bu təyinata qədər nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.
İqtisadiyyat
Prezident Ağdaş və Göyçay rayonları ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev martın 12-də “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Aranxeber xəbər verir ki, sərəncama əsasən, Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan […]
Azərbaycan fevralda gündəlik 750,6 min barel neft hasil edib
2020-ci ilin fevral ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 750,6 min barel olub. Bunun 667,4 min barelini xam neft, 83,2 min barelini kondensat təşkil edib. Aranxeber “Report”a istinadən xəbər verir ki, gündəlik 530,3 min barel xam neft, 79,6 min barel kondensat, 12,4 min barel neft məhsulları ixrac edilib. Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib. Energetika Nazirliyi fevral ayında gündəlik neft hasilatı ilə […]
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
OPEK+ razılaşmasının pozulmasından sonrakı ilk iş günündə Brent markalı neftin qiyməti 31 faiz ucuzlaşdı. Trend-in Ria Novosti-yə istinadən verdiyi məlumata görə, Brent markalı neftin hazırki qiyməti barrel üçün 31,43 dollar təşkil edir.
Mart ayı üzrə pensiyaların ödənişinə başlanılıb
Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayrama qədərki dövrdə ödənilməsi təmin olunacaq. Aranxeber xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mətbuata verilən məlumata görə, pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb. Növbəti iş günlərində […]




