Dünya Maqazin

Serenay Sarıkayanın tətil fotoları müzakirələrə səbəb oldu – FOTO

Cem Yılmazla eşq yaşaması ilə gündəmdən düşməyən türkiyəli aktrisa Serenay Sarıkaya tətil fotolarını paylaşıb. Aranxeber xəbər verir ki, aktrisanın “Instagram” hesabında paylaşdığı fotolarda barmağında olan üzük diqqət çəkib. Onun “Batarkən üfüqdən bir axşam günəşi” qeydi ilə etdiyi paylaşımı saysız-hesabsız bəyənmə və rəy toplayıb. İzləyicilərindən bəziləri bu üzüyün toya işarə etdiyini, bəziləri isə heç bir xüsusi məna kəsb […]

Dünya İdman

“Qalatasaray” vacib qarşılaşmada qələbə qazana bilmədi – OYUNUN TƏKRARI

Futbol üzrə Türkiyə Super Liqasında 29-cu tur çərçivəsində “Başakşehir”lə “Qalatasaray” üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1.  Bununla da turnir cədvəlinin lideri olan “Başakşehir” xal sayını 60-a çatdırıb. “Qalatasaray” isə 52 xalla dördüncü pillədə qərarlaşır. Hazırda “Trabzonspor” 58 xalla ikinci, “Sivasspor” 53 xalla üçüncüdür. Qeyd edək ki, turnirin sonuna beş tur qalıb və gələcək həftə Trabzonspor ilə Galatasaray qarşılaşacak.

Dünya

Almaniya ABŞ-a qarşı sanksiya hazırlayır

Almaniya ABŞ-a qarşı sanksiya hazırlayır.  Bu iddianın müəllifi “Bloomberg” nəşridir.  “Əgər Donald Tramp “Şimal axını – 2” qaz kəmərini “öldürməyə” təhlükə törətsə, Almaniya Amerika Birləşmiş Ştatlarına cavab zərbəsi endirə bilər”, – məlumatda deyilir. Almaniya kansleri Angela Merkelin ümumi hərəkətlərə təşəbbüs etmək üçün Avropa Birliyinə təzyiq göstərəcəyi də istisna edilmir.

Dünya Hadisə

İrqçilik edən qadın döyüldü – VİDEO

ABŞ-da polis zorakılığına qarşı etirazlar davam etdiyi bir vaxtda qəribə olsa da, irqçilik hallarında da artım görülməkdədir. DHA-nın məlumatına görə, supermarketlərin birində bir müştərinin digərinə qarşı irqçi hərəkətləri ağır nəticələnib. Belə ki, irqçilik edən qadın yumruqların hədəfinə çevrilib. Hadisənin video görüntülərini təqdim edirik.

Dünya Hadisə

Sahildən uzaq düşən uşaqların yalvarışları – ANBAAN VİDEO

Türkiyənin İzmir şəhərinin Dikil rayonunun çimərliyində sahildən uzaq düşən iki uşaq hava ilə doldurulan oyuncağın üzərində xilas ola bilib. “Anadolu Ajansı” xəbər verir ki, valideynlərin nəzarətsiz qoyduğu uşaqlar sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən xilas edilib. Xilasetmə dəstəsinin üzvlərindən biri hadisəni anbaan qeydə alıb. Videoda uşaqların təlaş içində olduğu və yardım istədikləri aydın əks edilib.