Ağdaş Hadisə Region

Ağdaşda sanitar norma və qaydalara əməl etməyən kafe aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Ağdaş şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Əhmədov Natiq Mahmud oğluna məxsus ictimai iaşə müəssisəsində reyd keçirib. Nazirlikdən  verilən məlumata görə, reyd zamanı kafedə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin tələblərinə […]

Ağdaş Hadisə Region

Ağdaşda restoran açılışına toplaşanlar cərimələndi, obyekt sahibi həbs olundu – FOTO/VİDEO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq, şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin biryerə toplaşaraq məclis təşkil etdiyi müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, həmin şəxslər restoranın açılışını qeyd etmək məqsədilə bir yerə toplaşdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən məclisi […]

Ağdaş Hadisə Region

Ağdaşda yol qəzası baş verib, ölən var

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Aranxeber xəbər verir ki, hadisə saat 20:00 radələrində rayonun Kükəl kəndində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Qədirov Hacı Şakir oğlunun kənd ərazisində idarə etdiyi “Niva” markalı maşın idarəetmədən çıxıb. Nəticədə maşın aşıb, sürücü isə aldığı yaralardan hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Ağdaş Baş Hadisə Region

Ağdaşda narkotik bitkilər becərən şəxslər tutulub

Ağdaşda narkotik bitkilər yetişdirən şəxslər saxlanılıb. Aranxeber xəbər verir ki, Ağdaş rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Ağdaş rayonu Ləki qəsəbəsi M.Məmmədov küçəsi ev 2 ünvanında yaşayan, 1981-ci il təvəllüdlü Hüseynov Elmir Elman oğlu və Ağdaş rayonu Binələr kənd sakini 1987-ci il təvəllüdlü Bayramov Gündüz Mehdi oğlu narkotik tərkibli çətənə bitkiləri yetişdirdikləri üçün […]

Ağdaş Hadisə Region

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb – FOTO

Аğdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gərayev Niyaz Nizam oğlu “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq […]