Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Saatlı rayonunda yaranmış su problemi ilə bağlı məsələyə münasibət bildirib. ASC-dən bildirilib ki, Saatlı rayonu ərazisində 57 min hektar suvarılan əkin sahəsi var: “Bu sahələrin su təminatı əsasən Araz çayı üzərində yerləşən və altı rayonun 170 min hektar sahəsinə xidmət edən Bəhramtəpə hidroqovşağından başlanğıcını götürən Baş Muğan və ondan ayrılan kanallar, […]
Saatlı
Saatlı sakinlərindən su problemi ilə bağlı etiraza İcra Hakimiyyətindən cavab – VİDEO
Saatlı rayonu ərazisində kənd sakinləri etiraz aksiyası keçirib. Aranxeber xəbər verir ki, sakinləri narahat edən su problemidir. Onlar içməli suyun olmamasının, əkin sahələrinin suvarılmamasının ciddi problemlərə yol açdığını deyirlər. Məsələ ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinin başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədli açıqlamasında kənd ərazisində içməli su ilə bağlı problemin olmadığını […]
Saatlıda narkotik alverçisi saxlanıldı – FOTO
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısında şübhəli bilinən Saatlı şəhər sakini Hüsaməddin Abasov […]
Baş prokurordan yeni TƏYİNATLAR
Baş prokurorluqda kadr dəyişikliyi olub. Aranxeber xəbər verir ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Anar Cəfərov Ağstafa rayon prokuroru, Vasif Süleymanov Ağdam rayon prokuroru, Vahid Məmmədov Cəlilabad rayon prokuroru, İlkin Mustafayev Laçın rayonunun prokuroru vəzifələrinə təyin ediliblər. K.Əliyevin əmri ilə İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə […]
Saatlıda çətənə yetişdirən şəxs tutuldu-FOTO
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində […]




