Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla, Salyan rayonunda altı min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yuxarı Noxudlu–Aşağı Noxudlu–Xurşud–Aşağı Kürkəndi avtomobil yolunun tikintisi məqsədilə 2020-ci il dövlət büdcəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5,6 milyon manatı ayrılıb.
Salyan
Salyan sükuta qərq oldu – VİDEO
İyunun 14-ü gecədən etibarən Salyan rayonu tamamilə sükuta qərq olub. Baku TV xəbər verir ki, sərt karantin rejiminin qüvvəyə minməsindən sonra insanların yaşayış yerlərinin tərk etməsi qadağan edilib. Bununla yanaşı, bütün xidmət və ticarət sahələrinin, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam dayandırılıb. Yalnız küçələrdə xüsusi icazəsi olan maşınları görmək mümkündür. Hazırda şəhərin daim sıxlıq müşahidə […]
Həftəsonu sərt karantin rejimi olacaq şəhərlərə “Aran”dan üç rayon əlavə olundu – RƏSMİ
Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir […]
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutuldu – FOTO
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən tədbir nəticəsində rayonun Qardili kəndi ərazisində Qırxçıraq qəsəbə sakini Aslan Şirinovun kultivasiya yolu ilə yetişdirdiyi 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Aslan Şirinov ifadəsində narkotik […]
Salyan sakininin avtomobilindən silah götürülüb
Salyanda silahlı şəxs saxlanılıb. Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pratman Gəncəli kənd sakini N.Kambarovun idarə etdiyi “QAZ-310212” markalı avtomobildən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi aşkar edilərək götürülüb.




