Salyan rayonunda təhsil işçisi COVID-19-dan dünyasını dəyişib. “Report” xəbər verir ki, Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbinin direktoru Elşən Səfərov koronavirusdan vəfat edib. Onun bu xəstəlikdən müalicə aldığı bildirilirdi.
Salyan
Salyanda avtomobil qəzası baş verib: Xəsarət alan var
Salyanda baş vermiş avtomobil qəzası nəticəsində bir nəfər xəsarət alıb. Aranxeber xəbər verir ki, hadisə gecə saatlarında Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndindən keçən hissəsində qeydə alınıb. Kənd sakini, 2003-cü il təvəllüdlü Əmənov Tariyel Yadigar oğlu “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. T.Əmənov Salyan […]
Salyan və Ağstafada avtomobil yanıb
Salyan və Ağstafa rayonlarında avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Salyan rayonunda “Ford” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Ağstafa rayonunun Xətai kəndində isə “Ford” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Salyanda karantin qaydalarını pozanlar cərimələndi – VIDEO
Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə bu gün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, marketlərdə və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib. Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Polislər tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını […]
48 yaşlı kişi yaşadığı evdə intihar etdi
Salyanda 48 yaşlı kişi inthar edib. Hadisə rayonun Xıdırlı kəndində baş verib. Belə ki, 1972-ci il təvəllüdlü kənd sakini Çələbiyev Rafiq Oruc oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. R.Çələbiyevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma […]




