Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən Mil-Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul Sabirabad rayon sakini D.Əliyev saxlanılıb. Həmin şəxsdən qanunsuz […]
İmişli
İmişlidə Araz çayının sahilində kişi meyiti tapılıb
İmişlidə Araz çayının sahilində şəhər sakini, 1958-ci il təvəllüdlü Zeynalov Hasil Daxil oğlunun meyiti tapılıb. Onun hansı şəraitdə öldüyü məlum deyil. Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.
İmişlidə ölümlə nəticələnən ağır yol qəzası baş verib
İmişlidə yol qəzası baş verib. Avtomobil yoldan çıxaraq su kanalına düşüb və sürücü ölüb. Qəza səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində baş verib. Cəlilabad sakini 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğlu idarə etdiyi 10-LO-183 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su […]
İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı
İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.
İmişlidə mərkəzi bazar yanmaqda dəvam edir-Yenilənib-Foto
İmişli rayonunda yerləşən bazarda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Əraziyə ətraf rayonlardan yanğın söndürənlər cəlb olunub, yanğını nəzarət altında saxlamaq mümkün deyil. Hadisəylə bağlı video görüntüləri t.me/AranXeber Telegram […]




