Baş İmişli Region Sosial

İmişlinin yeni başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün İmişli rayonuna yeni icra başçısı təyin edib. Aranxeber xəbər verir ki, İmişlinin yeni icra başçısı Rzayev Elçin Adil oğlu 2018-ci ilin fevral ayından Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edib.  Ondan əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində […]

Hadisə İmişli Region

Vilyam Hacıyevin şikayəti təmin edilmədi

Mayın 15-də Bakı Apellyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayətinə baxılıb. Aranxeber APA-ya istinadən xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib və Səbail Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. 

İmişli İnkişaf Region Sosial

İmişlidə kənd sakinləri kəndarası yolların vəziyyətindən narazıdır-Rəsmi cavab gəldi

Məsələyə ilə bağlı bu gün Aranxeber-ə açıqlama verən 16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Kazım Məmmədov bildirib ki, sözügedən yolun yüksək səviyyədə təmiri nəzərdə tutulub. Amma bu işə yaxın vaxtda başlamaq mümkün deyil: “Kür-Araz ovalığında baş verən sel və daşqınlardan sonra İmişli-Mirili yerli əhəmiyyətli avtomobil yolu bəbad hala düşmüşdü. Azərbaycan prezidentinin sərəncamı əsasında […]

İmişli Region Sosial

İmişlidə kənd sakinləri kəndarası yolların vəziyyətindən narazıdır

İmişli rayon Mirili kəndinin kəndarası yolları bərbad vəziyyətdədir. Aranxeber xəbər verir ki, kənd sakinlərin dediyinə görə, ümumi uzunluğu 6 km olan kəndarası yollar tamamilə dağılıb. Uzun illərdir ki, yerli sakinlər yolların yararsızlığından əziyyət çəkir.  Hələ 2013-cü ildə efirə getmiş görüntülərdən də görmək olar ki, ötən 7 ildə vəziyyət nəinki yaxşılığa doğru gedir, əksinə, getdikcə daha da […]