İdman Kürdəmir Region

Ramil Şeydayev kürdəmirli futbolçular üçün buts topladı – VİDEO

Millimizin və “Sabah” klubunun futbolçusu Ramil Şeydayev xeyirxah əməli ilə yadda qalıb. Hücumçu Region Liqasında çıxış edən “Kürdəmir” və həmin turnirdə mübarizə aparacaq digər bir komanda üçün buts toplayıb. Ramil Şeydayev həmin butsları bunları almaqda çətinlik çəkən “Kürdəmir” futbolçularına paylayacaq. Qeyd edək ki, Ramil Şeydayev Rusiyada doğulsa da, əslən Kürdəmirdəndir.

Hadisə İmişli Kürdəmir

Kürdəmirdə 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən atıb

Kürdəmir rayonunda sürücü ilə mübahisə edən 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb. Aranxeber xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü, Kürdəmir rayonunun Xırdapay kəndinin 27 yaşlı sakini İbadov Əsəd Füzuli oğlu “VAZ-2107” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən onunla sərnişini, Kürdəmir rayon Şıxımlı kəndinin 21 yaşlı sakini Şükürova Ayşən Aqil qızı arasında mübahisə yaranıb. Bu zaman A.Şükürova hərəkətdə […]

Hadisə Kürdəmir Region

Kürdəmir sakini şüşə ilə özünü ağır yaralayıb

Kürdəmir rayon sakini özünə ağır xəsarət yetirib. Hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Belə ki, 28 yaşlı kənd sakini Əsədli Vüsal Elman oğlu özünə şüşə qırığı ilə ürək nahiyəsindən və sol qoluna ağır xəsarət yetirib. Yaralı yaxınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona ilkin tibbi yardım göstərib. Vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, özünə xəsarət yetirən Vüsal Əsədli […]

Hadisə Kürdəmir Region

Kürdəmirdə 44 yaşlı qadını ilan sancdı

Kürdəmir rayon sakinini ilan sancıb. Hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb. Belə ki, 44 yaşlı kənd sakini Mehdiyeva Xatirə Rüstəm qızı həyətyanı sahədə işləyərkən onu ilan sancıb. O, yaxınlarının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Həkimlər ona ilan zəhəri əleyhinə zərdab vurublar.

Kürdəmir Region

Kürdəmir icra başçısının aldığı rüşvətlər açıqlandı – RƏSMİ

Baş Prokurorluq Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) keçirilən əməliyyatla bağlı rəsmi açıqlama yayıb. Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun icra hakimiyyəti […]