Sosial

Suda həll olan plastik torbalar yaradıldı

Yaponiyanın “Mitsubishi Chemical” şirkəti suda tamamilə həll olan plastik torbalar hazırlayıb. Aranxeber “TASS”a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb. Qeyd olunub ki, torbalar adi polietilendən heç bir fərqi olmayan tərkibində şəkər qamışı olan xüsusi materialdan hazırlanıb. Yapon şirkətinə görə, bu cür torbalar bir il ərzində dəniz suyunda tamamilə həll olur. […]

Hadisə Sosial

Bu bank şəhid hərbçilərin borclarını sildi – RƏSMİ

“Azərbaycan – Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun, həqiqətən, “Kapital Bank”a kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq “Kapital Bank” tərəfindən silinib”. Aranxeber xəbər verir ki, bunu  açıqlamasında “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov […]

İqtisadiyyat Neftçala Region Sosial

Azərbaycan Prezidenti Neftçaladakı su çatışmazlığını müzakirə etdi

Neftçalada vəziyyət gərgindir, cənab Prezident. Orada baş verən məlum hadisə ilə bağlı Neftçala şəhəri və rayonun 38 kəndi içməli sudan məhrum olub. Aranxeber  xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi, rayon icra hakimiyyəti və bizim dəstəyimizlə orada […]

Sağlamlıq Sosial

İsti hava yuxu pozğunluğuna səbəb ola bilər

Havaların uzun müddət isti keçməsi insanlarda yuxu pozğunluğuna səbəb ola bilər. “Sputnik” xəbər verir ki, bunu rusiyalı nevroloq-somnoloq Yenela Tsaryova deyib. Onun sözlərinə görə, yüksək temperatur dərin yuxuya getməyə imkan vermir. Yuxu üçün optimal hərarət 21-23 dərəcədir. Mütəxəssis yuxuya getməzdən əvvəl yataq otağının havasının dəyişdirilməsini və imkan olduqca göstərilən temperaturun əldə edilməsinə çalışmağı məsləhət görüb.