Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. aranxeber.com xəbər verir ki, sənəddə deyilir: 1. “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 2, maddə 62) aşağıdakı dəyişikliklər edilsin: 1.1. həmin Qanunla təsdiq edilmiş 1 […]
Sosial
Prezident: “Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın”
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın”. aranxeber.com aztv.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə çıxışı zamanı deyib. O, devalvasiyadan sonra ağır vəziyyətə düşən vətəndaşların problemlərinin həll edildiyini xatırladıb: “Müavinətlər artırıldı – bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə […]
Qaz limiti ilə bağlı “Azəriqaz”dan açıqlama
“Smart tipli sayğaclarda dekabr ayının 31-i saat 00:00-da qaz limiti sıfırlanacaq”. aranxeber.com xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib. O bildirib ki, sıfırlanmadan sonra Smart tipli sayğaclardan istifadə edən abonentlər üçün limit 2 200 kubmetr olacaq: “Ancaq mexaniki sayğaclarda limitin sıfırlanması dekabr ayının 31-i baş tutmayacaq. Buna […]
Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb
Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı aparılan seçkiqabağı təşviqat bu gün 08:00-da başa çatıb. aranxeber.com xəbər verir ki, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə […]
Bələdiyyə seçkiləri İmişli şəhərində mövcud olan ictimai ayaqyolu problemini həll edəcəkmi?
Rayon mərkəzinin müxtəlif yerlərində yenə bələdiyyəyə namizədlərin şəkilləri yapışdırılıb. Namizədlər daha bir təbliğat kampaniyasını başa vurdular. Artıq seçkiyə bir gün qalıb. Bəs sakinlər bu barədə nə düşünürlər? Onların əksəriyyəti bələdiyyə seçkilərində seçiləcək üzvlərin bu dəfə də fəaliyyətlərinin səmərəsiz olacağını düşünürlər. Bu barədə aranxeber.com-a danışan rayon sakini Alim Abdullayev deyir ki, bu seçki də ötən seçkidən […]




