Baş Ölkə Sosial

Prezidentin iştirakı ilə VI çağırış Milli Məclisin ilk plenar iclası keçirilib

Aranxeber “Report”a istinadən xəbər verir ki, iclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub. İclasın gündəliyinə 1 məsələ – Təşkilatı məsələlər daxil edilib. İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli […]

Sosial Təhsil

“Müəllimlərin cərimələnməsi yanlış məlumatdır” – DİN-dən “Whatshapp” açıqlaması

Daxili İşlər Nazirliyi “Whatshapp”da yayılan səs yazısı ilə bağlı məlumat yayıb. Aranxeber “Lent.az”a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı açıqlama verərək yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib: “Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədris müəssisələrində təhsilin müvəqqəti olaraq dayandırılmasından sonra “WhatsApp” ani mesajlaşma şəbəkəsində naməlum […]

İqtisadiyyat Sosial

Mart ayı üzrə pensiyaların ödənişinə başlanılıb

Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayrama qədərki dövrdə ödənilməsi təmin olunacaq. Aranxeber xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mətbuata verilən məlumata görə, pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb. Növbəti iş günlərində […]

Hadisə Region Sosial

Efirdə “Buradan çıxsam, məni öldürəcəklər”, deyən qadın yoxa çıxdı

Fevralın 4-də gecə saat 3-də evdən qaçıb Xoşqədəmin yanına gələn Məryəm Səfərəliyeva Rəsul qızı itkin düşüb. Aranxeber baku.ws-ə istinadən xəbər verir ki, gedəcək başqa yeri olmadığını deyən hamilə qadın Xəzər TV-nin “Səni axtarıram” proqramından kömək istəmişdi. Məryəm Quba rayonunun Dəlləkli kəndinə Zərdabi kəndindən gəlin köçmüşdü. Bu, onun ikinci evliliyidir. İlk evliliyindən olan iki uşaq atanın […]

Sosial

Azərbaycanda müəllimlərin və həkimlərin çoxu qadınlardır – STATİSTİKA

2020-ci ilin əvvəlində Azərbaycan əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib. Onların 52,1 faizi nəsilvermə qabiliyyətinə malikdir. Ötən il doğulmuş 141,2 min körpədən 46,8 faizi qız uşaqlarının payına düşüb. Aranxeber xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda qeyd olunub ki, qadınların sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan mühüm məsələlərdən […]