Sabahdan Azərbaycanda Ramazan və 28 May bayramları ilə əlaqədar tətil başlayır. Aranxeber xəbər verir ki, Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş […]
Sosial
İlham Əliyev daha bir icra başçısını vəzifəsindən azad etdi – SƏRƏNCAM
Prezident İlham Əliyev Arif Akif oğlu Seyidovun Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Azərbaycanda daha bir vəzifəli şəxs rüşvətə görə saxlanılıb
Azərbaycanda daha bir vəzifəli şəxs saxlanılıb. Aranxeber xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinin rəisi Asif Abdullayev tutulub. O, rüşvət almaqda ittiham olunur. Qeyd edək ki, bu barədə ilk məlumatı Qafqazinfo yayıb.
İsmayıllı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub
İsmayıllı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub. Aranxeber xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun sərəncamı ilə quruma yeni rəhbər Rövşən Əliyev təyin olunub. O, bu gün icra başçısı tərəfindən kollektivə təqdim olunub. Qeyd edək ki, R.Əliyev 1968-ci ildə Lahıc qəsəbəsində anadan olub, 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-informatika fakültəsini bitirib. Lahıc qəsəbə tam orta […]
“İcra başçısına yaxın olan sahibkarlara su verilir”
“Əkin suyunun ədalətli bölüşdürülməsi məsələsi də aktualdır”. Aranxeber xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman bildirib. İlham Əliyev, “Suvarma suyunun ədalətli bölüşdürülməsi məsələsi. Bu sahədə də böyük pozuntular var, […]




