Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar və üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının I mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün […]
Ölkə
Azərbaycan gimnastı Avropa çempionatında qızıl medal qazanıb
Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında Azərbaycan millisinin üzvü Mixail Malkin qızıl medal qazanıb. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, tamblinq yarışında 77,400 bal toplayan idmançı bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub. İkinci yerdə danimarkalı Adam Mathiesen, üçüncü yerdə isə rusiyalı Vadim Afanasyev qərarlaşıblar.
Deputat Astan Şahverdiyev vəfat edib
Azərbaycan Milli Məclisinin üzvü Astan Şahverdiyev vəfat edib. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda qəfil ürək tutmasından dünyasını dəyişib. Onun meyiti Bakıya gətirilərək “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq. Şahverdiyev Astan Nuşrəvan oğlu 1947-ci ildə anadan olub.
2004-2017-ci illərdə Azərbaycanda qeyri-neft sektoru 2,2 dəfə artıb
2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi real ifadədə 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 1,7 dəfə, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, orta aylıq nominal əmək haqqı 6,8 dəfə, minimum əmək haqqı 12,9 dəfə artıb. aranxeber.com-ın APA-a […]
Azərbaycanda 80 mindən çox ailəyə ünvanlı dövlət sosial yardım göstərilib
Ölkədə əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin – əlillərin, ahılların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilir, aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə onlara dövlət tərəfindən müxtəlif sosial müavinətlər təyin olunur. aranxeber.com-ın APA-a istinadən xəbərə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə […]




