Hadisə Kürdəmir Region

Kürdəmir sakini həmkəndlisini döyüb

Kürdəmir rayonunun Xınıslı kəndində həmkəndlilər arasında dava düşüb. Aranxeber “Report”a istinadən xəbər verir ki, 36 yaşlı Əfqan Salman oğlu Süleymanov mübahisə zəmnində həmkəndlisi tərəfindən döyülüb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ gözün əziyi və baş nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Hadisə

Oqtay Gülalıyev palataya köçürülüb

Hüquq müdafiəçisi Oqtay Gülalıyev palataya köçürülüb. aranxeber.com Toplum. tv -yə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev bildirib. “Atam Oqtay Gülalıyev bu gün Amerikan xəstəxanasında (Türkiyənin İstanbul şəhərindədir – red.) palataya köçürülüb. Təəssüf ki, vəziyyəti ağır olaraq qalır. Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər”,- Ə.Gülalıyev qeyd edib. […]