Mayın 15-də Bakı Apellyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayətinə baxılıb. Aranxeber APA-ya istinadən xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib və Səbail Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Etiket: Vilyam Hacıyev
“Vilyam Hacıyevdə harada idi elə bacarıq ki, gedib xaricdə mülklər alsın!” — Hafiz Hacıyev qohumu olan icra başçısından danışdı
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qohumu olan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ailəsi ilə bərabər yataqxanada kirayə qalması barədə verdiyi açıqlamasına münasibət bildirib. aranxeber.com xəbər verir ki, Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında Vilyam Hacıyevin yataqxanada kirayə qalması barədə verdiyi açıqlamanın yalan olduğunu bildirib: “Mən 10-12 ildir ki, onunla heç bir əlaqə saxlamıram. Çünki […]
İcra başçısı ailəsi ilə birlikdə yataqxanada yaşayır
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirib. aranxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vilyam Hacıyev haqqında səsləndirilən məlumatların heç birinin həqiqətə uyğun olmadığını bildirib. “Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq […]


