2020/21-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri (bakalavriatura) üçün nəzərdə tutulan qəbul planı təsdiqlənib. Aranxeber xəbər verir ki, Nazirlər Kabinetinin (NK) mətbuat katibi İbrahim Məmmədov ali məktəblərin 2020/2021-ci tədris ili üçün qəbul planı ilə bağlı Sərəncamın olduğunu təsdiqləyib. O bildirib ki, ali məktəblərin bakalavr pilləsinə 49 449 plan yeri ayrılıb. Bunlardan 21 934 yer dövlət sifarişlidir.
Etiket: tələbə
Akademik borcu olan tələbələr təkrar imtahan vermək üçün…
“Yeni qaydalara görə, tələbənin bir və ya bir neçə fəndən akademik borcu yaranarsa, ona həmin fənlərdən təkrar imtahan vermək üçün şans yaradılacaq”. Bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı ilə bağlı sualları cavablandırarkən deyib. Onun sözlərinə […]
Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb. Aranxeber xəbər verir ki, qərara əsasən, ““Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib. Qüvvədə olan qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca […]
BDU-nun ölən tələbəsi ilə bağlı müəmmalar…
xəbər verdiyimiz kimi, noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qızın zəhərlənməsi, onlardan birinin dünyasını dəyişməsi hələ də müəmma olaraq qalıb. İki gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzovun məsələ ilə bağlı açıqlaması bu müəmmaları daha da artırıb. aranxeber.com ” Yeni Müsavat”a istinadən xəbər verir ki, Q. Təhməzovun sözlərinə görə Bakı Dövlət Universitetinin […]
Zəhərlənən tələbələrin hamısı evə buraxılıb
Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələr evə buraxılıb. aranxeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə – 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı bu […]




