“Azercell Telekom” şirkətindən oğurluq olub. aranxeber.com “Report”a istinadən xəbər verir ki, şirkətin Biləsuvar rayonunda yerləşən ötürücü məntəqəsinin torpağa basdırılmış 100 metr kabel xətti kəsilərək oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
