Yol Patrul Xidməti (YPX) əməkdaşlarının yeni geyim forması nümayiş etdirilib. aranxeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib. O bildirib ki, YPX əməkdaşları yaxın günlərdə yeni, daha müasir geyim formasında xidmət aparacaqdı. Yol polisinin yeni geyim formasını təqdim edirik:
Etiket: DYP
DİQQƏT! Bu sürücülər 800 manat cərimə olunacaq
Sürücülər hərəkət zamanı radar və kameralardan yayınmaq üçün fərqli yola əl atıblar. Bəzi sürücülər xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlədir. Bu avadanlıq əsasən “Instagram”da satılır. İstər avtomobil hərəkətdə olarkən, istərsə də park edilmiş halda sadəcə bir düymə ilə avtomobilin nömrəsi anında bağlanılır. Adı keçən sosial şəbəkənin səhifələrində paylaşılan postlardan da belə nömrə […]
Yol polisinin saxladığı şəxs özünə xəsarət yetirib
Ağcabədi rayonunda yol polisinin saxladığı şəxs özünə xəsarət yetirib. aranxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat yayıb. Belə ki, dekabrın 9-da saat 20 radələrində Ağcabədi şəhərinin ərazisində Avşar kənd sakini S.Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil üzərində dövlət qeydiyyat nişanları olmadığı üçün Dğvlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən saxlanılıb. […]
Zərdab axundunun oğlu avtomobili içkili vəziyyətdə sürdüyü üçün saxlanılıb
Zərdab rayonunda axundun oğlu DYP tərəfindən saxlanılıb. aranxeber.com “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun mərkəzi küçəsində qeydə alınıb. Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10-LF-572” dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik maşın yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yoxlamalar zamanı məlum olub ki, M.Tağıyev nəqliyyat vasitəsini sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə edir. […]



