Baş Ölkə

ATƏT sədri: “Dağlıq Qarabağ və həlli uzanan digər münaqişələrə maksimum diqqət ayıracağıq”

“Sədrliyimiz dövründə ATƏT məkanında Dağlıq Qarabağ kimi həlli uzanan münaqişələrə maksimum diqqət ayıracağıq”. APA-nın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano “RİA Novosti”yə müsahibəsində deyib. A. Alfano həllinə diqqət ayıracaqları münaqişələr sırasında Ukrayna, Dnestryanı və Gürcüstan münaqişələrini də qeyd edib.