Saatlı rayonunda bıçaqlanma baş verib. aranxeber.com xəbər verir ki , Saatlı rayonunun Qırağlı kənd sakini, 1989-cu il təvəllüdlü Astanov Nurəli Taleh oğlu bıçaqlanıb. O, kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Məlumatı APA yayıb.
Etiket: saatlı
Saatlı rayon sakini dələduzluğa görə saxlanılıb
İnsanları işə düzəltmək adı ilə aldadaraq onların pullarını mənimsəyən Saatlı sakini saxlanılıb. aranxeber.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, 2018-ci ilin dekabr ayında Saatlı rayon sakini B. Qədirovun işə düzəltmək adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 10.850 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub. Keçirilmiş əməliyyat-axtarış […]
Saatlıda ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub
Saatlı rayonunun Musalı kəndi ərazisində baş verən yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi müəyyən edilib. aranxeber.com APA-ya istinadən xəbər verir ki, ölən şəxs Saatlı rayonu Nərimankənd kənd sakini 1973-cü il təvəllüdlü Natiq Əliyevdir. Xəsarət alanlar isə Saatlı rayonu Nərimankənd kənd sakinləri – 1998-ci il təvəllüdlü Əliyev Vüsal Fikrəddin oğlu, 1973-cü il təvəllüdlü Əliyev Hafiz Əlimuxtar oğludur.


