Sentyabrın 5-də saat 10 radələrində Ağsu şəhərindəki Tofiq İsmayılov küçəsində Şəmsəddin Piriyevə məxsus 45 nömrəli fərdi yaşayış evində yanğın baş verib.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsinə məxsus 3 yanğınsöndürən maşın və 12 nəfərlik canlı qüvvə 45 dəqiqə ərzində yanğını söndürüb.
Yanğın nəticəsində evə bitişik olan tövlə və evin dam örtüyü də daxil olmaqla 5 kvadratmetrdən çox ərazisi yanıb.
İlkin məlumata görə, yanğın elektrik xəttindəki qısa qapanmadan baş verib.
Faktla bağlı araşdırma aparılır.



