“İqtisadiyyatımız 2020-ci ildə böyük mənfi təsirlərə məruz qalıb. Amma biz bu il böyük islahatlar həyata keçirdik və sınaqlardan üzüaçıq çıxdıq”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. “Ölkəmizdə elə idarəetmə sistemi formalaşıb ki, sınaqlardan üzüaçıq çıxırıq. […]
İqtisadiyyat
Dünya Bankı: Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir
Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.Xatırladaq ki, 27 avqust 2020-ci […]
Ölkədə nə bahalaşıb, nə ucuzlaşıb? – FOTO
2020-ci ilin noyabr ayında ölkədə daha çox bahalaşan məhsul və xidmətlər açıqlanıb. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, 2020-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 101,2 faiz təşkil edib. Qeyri-ərzaq məhsulları əvvəlki aya nisbətən 0,1 faiz, 2019-cu ilin noyabr ayına nisbətən […]
190 manatlıq birdəfəlik yardım bərpa edilir – RƏSMİ
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi […]
Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yüklər Çinə yola düşdü
Bu gün Türkiyədən Çinə ilk ixrac məqsədli qatar İstanbuldan yola düşüb. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Marmara ərazisindən keçərək Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Trans-Xəzər Beynəlxalq Marşrutu və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə Çinə çatacaq qatar 8 min 693 kilometr yol qət edəcək. Bildirilib ki, bu qatar iki qitəni, iki dənizi və beş ölkəni keçərək yükləri 12 […]




