Hadisə İqtisadiyyat

İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliyi təsdiq etdi

Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq edib.  Dəyişikliyə əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına xidmətlərin göstərilməsi 2022-ci il yanvarın 1-dək əlavə dəyər vergisinin ödənilməsindən azad olunur. 

İqtisadiyyat Ölkə

Azərbaycanda problemli kreditlərin həcmi azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 922,9 milyon manat təşkil edib. Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, dekabrın 1-nə olan göstəricilərə əsasən, bu əvvəlki ayla müqayisədə 8,3 faiz azdır. Eləcə də, ilin əvvəli ilə müqayisədə kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi 29,4 faiz azalıb. Milli valyutada vaxtı keçmiş kreditlərin həcmi 655,9 milyon […]

Hadisə İqtisadiyyat

190 manatlıq birdəfəlik ödəmə veriləcək – RƏSMİ

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib. Nazirlər Kabinetindən verilən məlumata görə, qərarla koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən […]

İqtisadiyyat Ölkə

Üç kredit təşkilatı gələn il büdcəyə 121 milyon manat dividend ödəməlidir

Azərbaycanda dövlətə məxsus üç kredit təşkilatı – “Azərbaycan Beynəlxalq Bankı” (ABB) və “Azər-Türk Bank” ASC-lər, eləcə də “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) gələn il büdcəyə 120,95 milyon manat dividend ödəməlidir. Bu barədə “2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir. Sənədə əsasən, ABB-nin dividend öhdəliyi 120 milyon manat (bu il olmayıb), “Azər-Türk Bank”ın dividend öhdəliyi 750 min manat, […]

Hadisə İqtisadiyyat

Müdafiə və milli təhlükəsizlik üçün ayrılan vəsait artırılıb – RƏSMİ

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2021-ci ilin dövlət büdcəsi xərclərinin 23,4 faizi həcmində və ya 6 milyard 678,6 milyon manat vəsait nəzərdə tutulub. Bu 2020-ci ilə nisbətən 937,7 milyon manat və ya 16,3 faiz çoxdur. Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri […]