İqtisadiyyat Ölkə

SOCAR: Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırılıb

Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb. SOCAR xəbər verir ki, tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olub. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra bu gün kommersiya məqsədli təbii […]

İqtisadiyyat Ölkə

Bu il Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr açıqlanıb – FOTO

2020-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 13,1 milyard ABŞ dolları olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında məlumat verilib. Qeyri-neft sektoru üzrə 1,6 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 milyon ABŞ dolları və ya 8 faiz […]

Araşdırma Baş İqtisadiyyat Ölkə Region

Sosial inəklər “bala” vermir

İki il o idarənin qapısında yatmışam… I hissə  “Məşğulluq Mərkəzində bizə deyilmişdi ki, sizə beş min manatlıq əmlak veriləcək. İki xəstə heyvan verildi. Axırda da bu heyvanları 1100 manata satdım. Bankdan kredit götürüb bu pulun üstünə qoydum və iki sağlam heyvan aldım. Çəkdiyim o qədər əziyyət və xərcin qarşılığında mənə qalan əsəb, stress oldu. İndi […]

İqtisadiyyat Ölkə

Əmək pensiyalarının hesablanması qaydası dəyişdirilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanuna təklif edilən dəyişikliklə əlilliyə görə əmək pensiyasının məbləğinin hesablanması qaydası dəyişdirilir.  Belə ki, hazırkı qanunvericiliyə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti […]

İqtisadiyyat Ölkə

Qitələri birləşdirən növbəti qatar Bakıdadır – FOTO

Qitələri birləşdirən növbəti qatar Bakı limanına çatıb. Bakı Limanından verilən məlumata görə, Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı 26 dekabr tarixində limana çatıb. Bakı Limanında yükün boşaldılaraq “Beke Ata” fider gəmisinə yüklənməsi 6 saat vaxt aparıb və gecikmədən, operativ şəkildə həyata keçirilib. Yük karvanı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir və 1400 […]