Azərbaycanda çoxlu sayda holdinqlər olmağına baxmayaraq, heç də hamısı özü haqqında ətraflı məlumat açıqlamır. Bir sıra holdinqlərin isə rəsmi internet səhifələri də mövcud deyil. Amma nisbətən sivil qaydada çalışan və ən azı ümumi məlumatları açıqlayan biznes strukturları da var. aranxeber.com “FED.az”a istinadən Azərbaycanda fəaliyyət göstərən böyük holdinqlərin rəhbərlərinin kimliyini və şirkətlər haqqında məlumatı təqdim edir. “Gilan […]
İqtisadiyyat
Yanvarın 1-dən pensiyalar artırılacaq
Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq. aranxeber.com xəbər verir ki, bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, bu artımın 13-14 faizə yaxın olacağı gözlənilir: “Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər – təxminən 13-14 faizə yaxın artırılacaq. Bu, bütün pensiyalara, o cümlədən minimum pensiayalara […]
2020-ci ildən əmək haqqının – HESABLANMA QAYDASI
2020-ci ildən tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı icbari tibbi sığorta haqqı da tutulacaq. aranxeber.com “ENA.az“a istinadən xəbər verir ki, 2020-ci ildən əmək haqqından tutulmalar aşağıdakı kimi olacaq. gəlir vergisi məcburi dövlət sosial sığorta haqqı işsizlikdən sığorta haqqı icbari tibbi sığorta haqqı İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri […]
Gürcüstan Azərbaycan qazının tranzitindən 1,1 milyard kub metrdən çox haqq əldə edəcək
2023-cü il üçün Gürcüstanın Azərbaycan qazının Türkiyəyə daşınması üçün aldığı tranzit haqqı artacaq. aranxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, Cənub Qaz Dəhlizi ilə il ərzində 23 milyard kub metr təbii qazın nəqlinə başlanılandan sonra Gürcüstan illik olaraq 1,1 milyard kub metrdən çox qaz əldə edəcək. Hazırda Gürcüstanın […]
Bəzi kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
Oktyabrda sentyabr ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,9 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,1 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7 faiz bahalaşıb. aranxeber.com-ın Azərtac-a istinadən verdiyi məlumata görə, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşıb, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.




