Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rəşad Xanlarov Təhsil Nazirliyində Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Rəşad Xanlarov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Təhsil
Azərbaycanda yeni medal təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təsis olunub. Qeyd edək ki, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – […]
III qrupda ixtisasların sayı artırılır
“Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə hazırladığı qərar layihəsi müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub. Bununla bağlı Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qərar layihəsində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının ali təhsil müəssisələrindəki tədris planları və qəbul imtahanlarında ixtisas qruplarına aid […]
Maliyyə naziri: “Təhsil kreditləri ilə bağlı məsələyə baxılır”
“Cənab Prezidentin tapşırığına uyğun olaraq təhsil kreditləri ilə bağlı məsələyə baxılır. Artıq müəyyən sənədlər hazırdır. Formalaşan sənədin işçi qaydada müzakirə edilməsi təklifi olduqca maraqlıdır”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. Onun […]
Naxçıvanda DİM-ə sədr təyin olundu – FOTO
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə sədr təyin olunub. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi məlumat yayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbovun imzaladığı fərmana əsasən, İsmayıl Cavanşir oğlu Qəribli “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin sədri təyin edilib. Xatırladaq ki, eyni zamanda, İ.Qəribli Naxçıvan Ali Məclisinin deputatıdır.




