Fevralın birindən tələbələrin köçürülməsi prosesi başlanılır. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, elektron sənəd qəbulu fevralın yeddisinədək davam edəcək.
Təhsil
Peşə təhsili almaq istəyənlərin sayında artım olub
2020-2021-ci tədris ilində 120 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılıb. Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib. 14 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub. 2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq elektron […]
Ötən il birinci siniflərə qəbul edilən uşaqların sayı bilindi
2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib. Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib. Eyni zamanda, bildirilir ki, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunub. Məktəbəhazırlıq qruplarına qəbul https://mektebeqebul.edu.az/ […]
Ötən il həssas qruplardan olan tələbələrə ayrılan vəsait açıqlandı
2020-ci ildə həssas qruplardan olan tələbələrə dəstək verilib. Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib. Pandemiya dövründə Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə […]
Təhsil Nazirliyi şagirdlərin yerdəyişməsini müvəqqəti dayandırır
8 yanvar 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar 2021-ci il saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları […]




